“Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var” - Deputat Məlahət İbrahimqızı

“Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var”
““Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var, hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər, Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub, əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar, 22 ildir müstəqil dövlətik, bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil”

Demokratiya.info xəbər verir ki, Bunu yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik insititutların formalaşmasında müəyyən problemlər ola bilər:

“Bu, bütün ölkələrdə olur. Özlərini “demokratiyanın beşiyi” adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. “Təcavüzkar”, “işğalçı” adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar. Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik insititutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək”.-





Fikirlər

Şərh müəllifi: Həsən Camalov                 Tarix: 1 mart 2014 19:18                 [ Cavabla ]
Mən bir Azərbaycan Vətəndaşı olaraq Məlahət xanımın dediklərinə tam dəstək verirəm. İdarəetmə sistemimizdə nöqsanlar var və hətta çoxdur. Amma bu halla barışıb oturmaq olmaz. Biz Azərbaycan vətəndaşları bu mübarizədə Prezidentimizə dəstək olmalıyıq və hər vəchlə ona bu işdə kömək etməliyik. Prezident hər bir vətəndaşa kamera quraşdıracaq deyil ki, ondan rüşvət istəyən, ona haqsızlıq edən məmuru görüntüləyə bilə. Hər bir vətəndaş da öz növbəsində, vətəndaşlıq borcunu və hüququnu bilməli, Vətəninə bütün sahələrdə xidmət etməlidir. Hökumət rəsmilərini, aidiyyatı qurumları baş verən qanunsuzluqlarla bağlı dərhal məlumatlandırmalıdır. O zaman Dövlətin məmurlarına cəza-vermə mexanizmi də mükəmməl işləməyə başlar. Əziz Həmvətənlərim, bu Vətən bizim Vətənimizdir, gəlin hamılıqla Ounu qaydına qalaq, qayğısını çəkək!

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)