NATO və Rusiya arsında savaş başlayacaq – Müharibə həyəcanı

NATO və Rusiya arsında savaş başlayacaq
“Rusiya ilə NATO arasında münasibətlər total müharibənin başlanmasına gətirib çıxara bilər”. “Axar.az” xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib.

Xəbərdə müharibənin başlanmasına az müddətin qaldığını qeyd edilir: “Rusiyanın Şərqi Ukraynada son davranışları NATO-nun gələcək haqqında fikirləşməyinə yenidən səbəb olub. Qərb şərqdə ikinci bir dövləti yenidən gücləndirmək niyyətində deyil.

Rusiyadan son üç ay ərzində rəsmi olaraq 179 milyard dollar kapital axını olub. Bu isə Rusiyanı çox qıcıqlandırır. Ən önəmlisi Rusiyanın postsovet məkanını yenidən öz tərkibində birləşdirmək niyyəti Qərbin maraqlarına cavab vermir.

Üstəlik, yeni gücə çevrilən Çin də bununla razı deyil. Suriya isə əsas partlama məqamlarından biridir.

Bu gedişat gizli olsa belə, geniş anlamda yeni müharibənin başlanmasına səbəb olacaq ki, hər kəs bundan əziyyət çəkəcək. Hətta kəşfiyyat orqanlarının savaşı olsa belə, bu olacaq”.





Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)